Work

1000 Bizon

Bizon Energy

OVERVIEW

Azərbaycan sosial mediasında qəribə bir istək öz qəribə qarşılığını tapdı. Buna səbəb Bizon Energy səhifəsinin son günlərdə ard-arda bir qutu Bizon hədiyyə edən müsabiqələri oldu desək, yanılmarıq. Bu müsabiqələrdən ilhamlanan Rafiga Aziz adlı istifadəçi də Bizon Energy səhifəsindən hədiyyə Bizon istədi.

Bizon Energy səhifəsinin də cavabı gecikmədi. Onlar bu qəribə istəyə qeyri-adi qarşılıq verdilər. Belə ki, onlar Rafiga Aziz-un bu postuna 1000 share gələcəyi halda ona nə az, nə çox ,düz 1000 Bizon hədiyyə edəcəklərini bildirdilər.

Nə oldusa, elə bundan sonra oldu. Sosial Media-da son aylarda fərqli proyektləri və izləyici sayıyla seçilən Rafiga Aziz çox keçmədən izləyicilərinə bir müraciət ünvanlandı. Bununla da son saatlarda Azərbaycan sosial mediasında bu postu paylaşmayan qalmadı. Bir neçə sosial media məşhuru belə bu axına qoşuldu. Nəticədə Rafiga Aziz-in postu bir neçə saat ərzində 1200 share-i keçdi. Bu Azərbaycan sosial mediasında yeni rekordlardan biri olaraq tarixə keçdi deyə bilərik.